"Neftçi" Avropa Liqasında mübarizəni dayandırıb

"Neftçi" Avropa Liqasında mübarizəni dayandırıb Finlandiyada HİK və "Neftçi" komandaları arasında Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Futbol
12 Avqust , 2021 21:53
Neftçi Avropa Liqasında mübarizəni dayandırıb

"Neftçi" UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab matçına çıxıb.

"Report"un Helsinkiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, "ağ-qaralar" Finlandiyada HİK-in qonağı olub.

"Bolt Arena"da keçirilmiş qarşılaşmanı Almaniyanı təmsil edən FIFA referisi Deniz Aytekin idarə edib. Görüşün əvvəli kəşfiyyat xarakteri daşıyıb. 14-cü dəqiqədə meydan sahibləri hesabı açsa da, oyundan kənar vəziyyət qeydə alınıb. Flaqman ilk yarının sonuna qədər üstün tərəf olub. Buna baxmayaq cəhdlər uğursuz alınıb.

Əvəzində rəqib ikinci hissənin əvvəlində istəyinə çatıb. 46-cı dəqiqədə Roope Riski hesabı açıb. 58-ci dəqiqədə Mamadu Mboc cərimə meydançasında rəqibə qarşı kobudluq edib və Deniz Aytekin 11 metrlik nöqtəni göstərib. Topa yaxınlaşan Roope Riski özünün və komandasının ikinci qoluna imza atıb. 29 yaşlı hücumçu 89-cu dəqiqədə həm het-trikini, həm də komandasının qələbəsini rəsmiləşdirib.

Rəqibinə 0:3 hesabı ilə uduzan "Neftçi" Avropa Liqası ilə vidalaşıb. Komandalar arasında Bakıdakı ilk oyunda qalib müəyyənləşməmişdi - 2:2. Flaqman Konfrans Liqasının pley-off mərhələsində "Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.. Bu komandalar arasındakı ilk görüşdə "Makkabi" böyük hesabla qalib gəlib - 7:2. Cavab matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

21:18

Finlandiyada HİK və "Neftçi" komandaları arasında Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.

"Report"un Helsinkiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, "Bolt Arena"dakı görüşdə meydan sahibləri növbəti dəfə fərqlənib.

HİK-in heyətində Roope Riski 60-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib. 29 yaşlı hücumçu özünün və komandasının ikinci qoluna imza atıb.

21:05

Finlandiyada HİK və "Neftçi" komandaları arasında Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk qol vurulub.

"Report"un Helsinkiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, "Bolt Arena"dakı görüşdə meydan sahibləri hesabı açıb.

HİK-in heyətində 46-cı dəqiqədə Roope Riski fərqlənib.

20:47

Finlandiyada HİK və "Neftçi" komandaları arasında Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

"Report"un Helsinkiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, "Bolt Arena"dakı görüşdə hesab açılmayıb.

Qarşılaşmanı Almaniyanı təmsil edən Deniz Aytekinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, "Bakcell Arena"dakı ilk görüş 2:2 hesabı ilə yekunlaşıb.

20:00

Finlandiyada HİK və "Neftçi" komandaları arasında Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

"Report"un Helsinkiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş "Bolt Arena"da keçirilir.

Qarşılaşmanı Almaniyanı təmsil edən Deniz Aytekinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, "Bakcell Arena"dakı ilk görüş 2:2 hesabı ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi