Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri olub
Futbol
- 03 iyul, 2017
- 07:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 iyul. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında futbol turniri keçirilib. Mərkəzdən "Report"a verilən məlumata görə, turnirdə əvvəlcədən qeydiyyatdan keçməklə 110 nəfər iştirak edib.
İştirakçılar əvvəlcə məşq edib, onlara oyunun təməl bilikləri- topla davranış, kiçik pas texnikası və s. tövsiyələr verilib.
Futbol həvəskarları 3 yaş qrupu üzrə (5-7 yaş, 8-10 yaş, 11-14 yaş) komandalara bölünüb və 22 komanda arasında yarış olub.
Yarışa "Leon" uşaq futbol klubunun UEFA "B" lisenziyalı məşqçiləri nəzarət edib.
Oyunlar zamanı fərqlənən 6 iştirakçıya "Leon" futbol klubuna 1 aylıq üzvlük kartı hədiyyə olunub.
Son xəbərlər
09:56
Video
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Hadisə
09:47
Bolqarıstanda prezident seçkilərinin ikinci turu başlayıb
Digər ölkələr
09:40
Azərbaycan Basketbol Liqasında V turun son oyunları bu gün baş tutacaq
Komanda
09:10
Premyer Liqa: Bu gün X turun daha 2 oyunu keçiriləcək
Futbol
09:00
Foto
Sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayının artırılmasını rəğbətlə qarşılayıblar
İnfrastruktur
08:43
Bəxtiyar Hacıyev: Sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər
İnfrastruktur
08:34
Yaponiyada sərxoş vəziyyətdə avtomobil idarə edən ABŞ dəniz piyadası saxlanılıb
Digər ölkələr
08:03
Tramp ABŞ-nin İranın nüvə obyektlərinə yeni zərbələr endirməsini istisna etməyib
Digər ölkələr
07:51
"Milan" ardıcıl dördüncü dəfə "İnter"i məğlub edib
Futbol