Halk Braziliya klubunun XXI əsrdə ən yaxşı bombardiri olub

Halk Braziliya klubunun XXI əsrdə ən yaxşı bombardiri olub Braziliyanın "Atletiko Mineyro" klubunun hücumçusu Halk 21-ci əsrdə komandanın ən yaxşı bombardiri olub.
Futbol
10 Oktyabr , 2024 12:17
Halk Braziliya klubunun XXI əsrdə ən yaxşı bombardiri olub
Halk

Braziliya təmsilçisi "Atletiko Mineyro"nun hücumçusu Halk XXI əsrdə klubun ən yaxşı bombardiri olub.

"Report" xəbər verir ki, futbolçu Braziliya çempionatının VI turunda, "Qremio"ya (2:1) qarşı oyunda 113-cü qolunu vurub.

38 yaşlı braziliyalı həmyerlisi Dieqo Tardellinin (112 qol) rekordunu qırıb.

Qeyd edək ki, Halk 2021-ci ildən "Atletiko Mineyro"da çıxış edir. O, cari mövsümdə meydana çıxdığı 41 oyunda 18 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi