Gürcüstanlı fristayler və xanımı: "Erməni təxribatını dayandırın!"

Gürcüstanlı fristayler və xanımı: "Erməni təxribatını dayandırın!" AVRO-2020-nin Bakı şəhəri üzrə fristayleri, veteran futbolçu Nuqzar Kvirtiya və xanımı İnna Kvirtiya son vaxtlar Ermənilərin törətdiyi təxribatlara cavab verib.
Futbol
5 Oktyabr , 2020 16:23
Gürcüstanlı fristayler və xanımı: Erməni təxribatını dayandırın!
Nuqzar Kvirtiya və İnna Kvirtiya

AVRO-2020-nin Bakı şəhəri üzrə fristayleri, veteran futbolçu Nuqzar Kvirtiya və xanımı İnna Kvirtiya son vaxtlar Ermənilərin törətdiyi təxribatlara cavab verib.

"Report"un məlumatına görə, hər iki şəxs "Facebook" vasitəsilə xaricdə yaşayan dostlarına və izləyicilərinə videomüraciət edib.

Onlar ermənilərin Azərbaycanda xarici ölkə vətəndaşlarının dini diskriminasiyaya məruz qalması ilə bağlı səsləndirdiyi fikirlərin yalan olduğunu bildiriblər.

10 ildən artıqdır Azərbaycanda yaşayan cütlük indiyədək heç vaxt dini baxışlarına görə təzyiqlə üzləşmədiklərini vurğulayıblar.

N.Kvirtiya və İ.Kvirtiya sonda "Erməni təxribatını dayandırın!" çağırışı ediblər.

Qeyd edək ki, Nuqzar Kvirtiya Azərbaycanda AZAL, "Turan" və "Şüvəlan" komandalarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi