Azərbaycan millisi Gürcüstana qalib gəlib

Futbol
  • 29 yanvar, 2020
  • 13:57
Azərbaycan millisi Gürcüstana qalib gəlib

Tbilisi şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Gürcüstanın eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma komanda 1:0 hesablı qələbə qazanıb. 

Azərbaycan millisinin heyətində Nisrina Zeriul fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyunda Gürcüstan yığması 1:0 hesabı ilə qalib gəlmişdi.

44 filmi