"Golden Boy-2022" mükafatına namizədlərin siyahısı məlum olub

"Golden Boy-2022" mükafatına namizədlərin siyahısı məlum olub 2022-ci il “Golden Boy” mükafatına namizədlərin siyahısı məlum olub
Futbol
16 İyun , 2022 04:49
Golden Boy-2022 mükafatına namizədlərin siyahısı məlum olub

2022-ci il “Golden Boy” mükafatına namizədlərin siyahısı məlum olub.

“Report” xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşri Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusu mükafatı uğrunda mübarizə aparan 100 futbolçunun siyahısını dərc edib.

Namizədlər arasında Dortmund “Borussiya”sının yarımmüdafiəçiləri Cud Bellingem və Kari Adeyemi, “Real Madrid”in yarımmüdafiəçisi Eduardu Kamavinqa, “Barselona”nın futbolçuları Pedri, Fati və Qavi, “Bavariya”nın yeni futbolçusu Rayan Qravenberç, Kiyev “Dinamo”sunun müdafiəçisi İlya Zabarnı və başqaları var.

Qeyd edək ki, 2003-cü ildə ovaxtkı “Ayaks”ın yarımmüdafiəçisi Rafael van der Vart mükafatın ilk sahibi olub. “Tuttosport” mükafatının hazırkı qalibi “Barselona”nın 19 yaşlı yarımmüdafiəçisi Pedridir.

Son xəbərlər

Orphus sistemi