Gəncə. 30 noyabr. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə “Açıq əyləncəli futbol məktəbi” layihəsinin açılış mərasimi keçirilib.
"Report"un Qərb bürosu xəbər verir ki, “OFFSİDE” futbol kompleksində təşkil olunan tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AFFA-nın birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan, bütün sahələrdə olduğu kimi, gənc nəslə və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.
Layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək olduğunu qeyd edən AFFA-nın birinci vitse-prezidenti,
Gəncənin 2019-cu ildə Avropanın İdman şəhəri seçilməsini xatırladan millət vəkili Naqif Həmzəyev gələn ildə “Açıq əyləncəli futbol məktəbi” layihəsi ilə birlikdə yeni tədbirlərin keçirilməsinin Gəncədə idmanın inkişafına və kütləviliyinə təkan verəcəyini qeyd edib.
Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları təqdim olunub.
Sonra xüsusi idman forması geymiş uşaqlar əyləncəli futbol nümayiş etdirib və qonaqlarla xatirə şəkili çəkdirilib.