Füzuli Məmmədov: "Qələbə şansımızdan yararlanmağa çalışacağıq"

Füzuli Məmmədov: "Qələbə şansımızdan yararlanmağa çalışacağıq" "Hansı komandaya qarşı oynayacağıq. Rəqibin səviyyəsi barədə danışmağa ehtiyac yoxdur. Barələrində lazımi və kifayət qədər məlumat toplamışıq. Sabahkı oyunu gözləyirik. Futbolçularımız qələbə üçün əllərindən gələni etməyə çalışacaqlar. Qələbə üçün 1 faiz
Futbol
16 Sentyabr , 2020 19:08
Füzuli Məmmədov: Qələbə şansımızdan yararlanmağa çalışacağıq
Füzuli Məmmədov

"Hansı komandaya qarşı oynayacağıq. Rəqibin səviyyəsi barədə danışmağa ehtiyac yoxdur. Barələrində lazımi və kifayət qədər məlumat toplamışıq. Sabahkı oyunu gözləyirik. Futbolçularımız qələbə üçün əllərindən gələni etməyə çalışacaqlar. Qələbə üçün 1 faiz belə şans olacaqsa, bundan yararlanmağa çalışacağıq".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ı ilə keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, sabahkı qarşılaşma "Sumqayıt"la Azərbaycan Premyer Liqasının oyunundan fərqlənəcək: "Rəqibi tam analiz etdiyimizi deyiriksə, deməli, bu, son çempionat matçımızdan fərqlənəcək. Komandamızın quyuda olduğunu düşünmürəm. Futbolçularımız təcrübəli və keyfiyyətlidirlər, oyunun mahiyyətini və necə hazırlaşmağın gərəkliyini bilirlər. Bu cür səviyyəli rəqiblərə qarşı klub və yığma səviyyəsində oynayıblar".

Hələ start heyətlə bağlı 100 faiz qərar vermədiyini deyən Məmmədov qərarı bugünkü məşq bitdikdən sonra qəbul edəcəyini diqqətə çatdırıb. O, belə rəqiblər üzərində qələbə qazanaraq tarixə düşməyi bütün futbolçuların istədiyi olduğunu vurğulayıb: "Sabah yaxşı oyun gözləyirəm. Mamadu Mbocla problemi öz aramızda danışdıq, bir-birimizi başa düşdük. Bütün futbolçularla həm fərdi, həm də kollektiv şəkildə danışmışıq. Futbolçularımız, başda kapitan Emin Mahmudov olmaqla, hamısı qarşılaşmaya hazırdır. Bütün komandadan gözəl, mübariz və döyüşkən oyun gözləyirəm. Oyunun azarkeşsiz keçirilməsi və "Bakcell Arena"da olmaması elə də ciddi təsir etməyəcək". 

Son xəbərlər

Orphus sistemi