Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
"Report"un məlumatına görə, 3-cü qrupda mübarizə aparan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv evdə Yunanıstan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayındakı görüş saat 19:00-da başlayacaq.
Milli komanda beş oyundan sonra 13 xalla qrup liderliyini və final mərhələsinə vəsiqəni təmin etdiyindən görüş formal xarakter daşıyacaq. Qonaqlar isə cəmi 1 xalla sonuncu pillədə qərarlaşıblar.
Azərbaycan millisinin heyətində zədəli Tyaqo Bolinya və Hadı Əhmədinin meydana çıxıb-çıxmayacağı bilinmir.
Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup
19:00. Azərbaycan - Yunanıstan
Hakimlər: Yaroslav Vovçuk, Yevgeni Qordiyenko (hər ikisi Ukrayna)
Bakı İdman Sarayı
Qeyd edək ki, 3-cü qrupun digər matçında ötən gün səfərdə Moldovanı 4:0 hesabı ilə məğlub edən Slovakiya yığması 11 xalla 2-ci yerin sahibi kimi final mərhələsinə adlayıb.