Riad Rəfiyev: "Futbolçulardan koronavirus testi götürülsə, pis olmaz"
Futbol
- 30 aprel, 2020
- 10:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bu məsələ klublarla müzakirə olunmayıb. Sualı PFL-ə versəniz, daha yaxşı olar".
Bu fikirləri "Report"a açıqlamasında AFFA Klublar Komitəsinin sədri Riad Rəfiyev futbolçuların Premyer Liqanın startı ərəfəsində koronavirus testindən keçirilib-keçirilməyəcəyi barədə suala cavab verərkən deyib.
O bildirib ki, insanların sağlamlığı və təhlükəsizliyi baxımından oyunçulardan analiz götürülsə, pis olmaz.
Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Klublar Komitəsi isə mayın 4-dən etibarən komandaların 3 həftəlik təlim-məşq toplanışına başlaya biləcəyini bildirib.
Son xəbərlər
16:44
Fərid Şəfiyev: Azərbaycan Aİ ilə münasibətlərdə paradiqmanı dəyişməyə çalışır - Müsahibə
Xarici siyasət
16:34
Liviya korrupsiyaya qarşı mübarizə məsələləri üzrə əməkdaşlıqda maraqlıdır
Digər ölkələr
16:33
AFFA 10 komandaya texniki məğlubiyyət verib
Futbol
16:33
İslam dini haqqında stereotiplərin yayılması beynəlxalq əməkdaşlıq üçün ciddi çağırışlar yaradır - RƏY
Daxili siyasət
16:32
Yasamalda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb edilib
Hadisə
16:29
MACC: Bakıda İƏT ölkələrində korrupsiyaya qarşı mübarizə üçün mühüm qərarlar qəbul edilib
Digər ölkələr
16:27
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
Futbol
16:23
"Turan Tovuz"la oyunda qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu İqor Ribeyro 2 oyunluq cəzalanıb
Futbol
16:21
Çoxmədəniyyətli Azərbaycan: dialoq üçün uyğun məkan
Analitika