Futbolçu azarkeşlə dalaşdığı üçün çempionat oyunu təxirə salınıb
Futbol
- 15 fevral, 2023
- 15:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kolumbiya çempionatının IV turunun “Deportes Tolima” - “Millonarios” oyunundan əvvəl qonaqların futbolçusu Daniel Katanyo ilə ev sahiblərinin azarkeşi arasında dava düşüb.
“Report” xəbər verir ki, bu hadisə matçın təxirə salınmasına səbəb olub. Tribunadan meydançaya düşən fanat oyunçunu arxadan vuraraq qaçıb. Əsəblərinə hakim ola bilməyən Katanyo da onun arxasınca qaçaraq, qarşılıq verib.
“Millonarios” təhlükəsizliyin təmin olunmadığını əsas gətirərək, matça çıxmaqdan imtina edib. “Deportes Tolima” isə həmin azarkeşin artıq saxlanıldığını və layiqli cəzasını alacağını açıqlayıb.
Qeyd edək ki, Daniel Katanyo “Millonarios”a 2022-ci ildə məhz “Deportes Tolima”dan keçib.
Son xəbərlər
10:56
Foto
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
Fərdi
10:53
Pakistanın qərbində 5,6 maqnitudalı zəlzələ olub
Digər ölkələr
10:50
Azərbaycanda avtobus istehsalı 53 %-dən çox artıb
Biznes
10:45
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb
İnfrastruktur
10:44
Pakistan husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlarının nəticələrindən narahatdır
Digər ölkələr
10:21
Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb
İnfrastruktur
10:05
Əraqçi İƏT XİN Şurasının iclasına qatılmaq üçün İraqa səfərə gedib
Digər ölkələr
09:54
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Fərdi
09:54
Azərbaycan 9 ayda nəqliyyat və anbar təsərrüfatında 13 milyard manata yaxın gəlir əldə edib
İnfrastruktur