Futbol üzrə Nigeriya millisinin məşqçisi rüşvət alarkən yaxalanıb - VİDEO

Futbol
  • 25 iyul, 2018
  • 06:49
Futbol üzrə Nigeriya millisinin məşqçisi rüşvət alarkən yaxalanıb - VİDEO

Bakı. 25 iyul. REPORT.AZ/ Futbol üzrə Nigeriya millisinin məşqçisi Salisu Yusuf rüşvət alarkən yaxalanıb.

“Report” xəbər verir ki, BBC 56 yaşlı mütəxəssisin 2017-ci ilin dekabrında Afrika Millətlər Kubokunun oyunları üçün yığmaya cəlb etməyin müqabilində 2 futbolçunun agentindən min dollar rüşvət aldığını əks etdirən görünütləri yayımlayıb.

Məşqçi isə rüşvət almadığını, pulu hədiyyə qismində götürdüyünü bildirib.

Qeyd edək ki, Yusuf 2016-cı ilin aprelindən oktyabrınadək Nigeriya yığmasının baş məşqçi vəzifəsini müvəqqəti icra edib. O, 2018-ci il dünya çempionatında millinin məşqçilər korpusunda yer alıb.

44 filmi