Futbol üzrə İtaliya millisinin müdafiəçisi dünyasını dəyişib

Futbol üzrə İtaliya millisinin müdafiəçisi dünyasını dəyişib Davide Astori yuxudan ayılmayıb
Futbol
197
4 Mart , 2018 15:21
Futbol üzrə İtaliya millisinin müdafiəçisi dünyasını dəyişib

Bakı. 4 mart. REPORT.AZ/ Futbol üzrə İtaliya yığmasının və "Fiorentina" klubunun müdafiəçisi Davide Astori bu gün səhər Udine şəhərində yerləşən mehmanxanalardan birinin otağında ölmüş vəziyyətdə tapılıb.

“Report” xəbər verir ki, bu barədə "bənövşəyilər"in rəsmi saytı məlumat yayıb.

Otuz bir yaşlı futbolçu yuxudan ayılmayıb. Onun hazırda adı açıqlanmayan xəstəlikdən öldüyü bildirilir.

"Fiorentina"nın Bakı vaxtı ilə 18:00-da İtaliya A Seriyasının 27-ci turu çərçivəsində səfərdə "Udineze" ilə planlaşdırılan matçı bu səbəbdən təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi