Futbol üzrə dünya çempionu vəfat etdi

Futbol üzrə dünya çempionu vəfat etdi Argentina milli komandasının sabiq futbolçusu Leopoldo Luke vəfat edib.
Futbol
306
16 Fevral , 2021 00:43
Futbol üzrə dünya çempionu vəfat etdi

Argentina milli komandasının sabiq futbolçusu Leopoldo Luke vəfat edib.

"Report"un yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, keçmiş hücumçu 71 yaşında dünyasını dəyişib.

Luke 1978-ci il dünya çempionatında qızıl medal qazanıb. O, yığmada 45 oyuna 22 qol vurub.

Qeyd edək ki, Leopoldo Luke Braziliyanın "Santos", Argentinanın "River Pleyt", "Rasinq" və "Rosario Sentral" klublarının formasını geyinib. Yanvarda onun koronavirusa yoluxduğuna dair xəbərlər yayılmışdı.

Son xəbərlər

Orphus sistemi