Futbol üzrə DÇ-2034 Avstraliya və İndoneziyada keçirilə bilər

Futbol üzrə DÇ-2034 Avstraliya və İndoneziyada keçirilə bilər Futbol üzrə 2034-cü il dünya çempionatı Avstraliya və İndoneziyada keçirilə bilər.
Futbol
27 İyun , 2019 12:50
Futbol üzrə DÇ-2034 Avstraliya və İndoneziyada keçirilə bilər

Futbol üzrə 2034-cü il dünya çempionatı Avstraliya və İndoneziyada keçirilə bilər. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Avstraliya Futbol Federasiyası mundialın keçirilməsi üçün birgə sifariş verilməsi barədə İndoneziya Futbol Assosiasiyası ilə danışıqlar aparıb. Nəticədə tərəflər arasında razılıq əldə olunub.

Avstraliya daha öncə DÇ-2022 üçün müraciət etsə də, yalnız bir səs toplaya bilib. Bu hüquqa isə Qətər yeyələnib.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə olacaq. 2030-cu il mundialını isə Cənubi Amerika və Şərqi Avropa ölkələri daxil olmaqla, bir neçə ölkə təşkil etmək variantlarını irəli sürüb. 

Son xəbərlər

Orphus sistemi