Futbol tarixinin ən yaxşı qapıçısı müəyyənləşdi

Futbol tarixinin ən yaxşı qapıçısı müəyyənləşdi "France Football" nəşri futbol tarixinin ən yaxşı qapıçısı ilə bağlı səsvermənin nəticəsini açıqlayıb.
Futbol
14 Dekabr , 2020 19:36
Futbol tarixinin ən yaxşı qapıçısı müəyyənləşdi
Lev Yaşin

"France Football" nəşri futbol tarixinin ən yaxşı qapıçısı ilə bağlı səsvermənin nəticəsini açıqlayıb.

"Report"un məlumatına görə, bu ada SSRİ yığmasının qolkiperi Lev Yaşin layiq görülüb.

Mükafata həmçinin Qordon Benks (İngiltərə) Toma Nkono (Kamerun), Canluici Buffon ("Yuventus", İtaliya), Peter Şmeyxel (Danimarka), İker Kasilyas (İspaniya), Edvin van der Sar (Niderland), Zepp Mayer (Almaniya), Manuel Noyer ("Bavariya", Almaniya), Dino Zoff (İtaliya) kimi qapıçılar iddia edirdi.

Qeyd edək ki, qalibi "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 nəfər jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.

Son xəbərlər

Orphus sistemi