Libertadores Kuboku matçında elektron tablo əvəzinə kağızdan istifadə olunub

Futbol
  • 01 mart, 2019
  • 16:32
Libertadores Kuboku matçında elektron tablo əvəzinə kağızdan istifadə olunub

Bakı. 1 mart. REPORT.AZ/ Braziliyanın "Atletiko Mineyro" və Uruqvayın "Sportinq Defensor" komandaları arasında keçirilmiş Libertadores Kuboku matçında maraqlı hadisə baş verib.

"Report" "Dailymail"ə istinadən xəbər verir ki, görüşün dördüncü hakimində elektron tablo olmadığından kağızlardan istifadə edib.

Texniki avadanlığın İndependensiya stadionunun ofislərinin birində qaldığı bildirilib. Dördüncü hakim I və II hissəyə əlavə olunmuş dəqiqə sayını və oyunçu dəyişikliyini göstərmək üçün kağızlardan yararlanıb.

Qeyd edək ki, görüş 0:0 hesabı ilə başa çatıb. İlk matçda rəqibini 2:0 hesabı ilə məğlub edən "Atletiko Mineyro" Libertadores Kubokunun qrup mərhələsinə vəsiqə qazanıb. 

44 filmi