"Futbol+" qəzetinin 25 yaşı tamam olur

"Futbol+" qəzetinin 25 yaşı tamam olur Bu gün "Futbol+" qəzetinin fəaliyyətə başlamasının ildönümüdür.
Futbol
21 Oktyabr , 2022 11:31
Futbol+ qəzetinin 25 yaşı tamam olur

Bu gün "Futbol+" qəzetinin fəaliyyətə başlamasının ildönümüdür.

“Report”un məlumatına görə, nəşrin 25 yaşı tamam olur.

"Futbol+" qəzetinin ilk sayı 1997-ci il oktyabrın 21-də işıq üzü görüb və müstəqillik dövründə fəaliyyət göstərən ən uzunömürlü futbol nəşridir. Qəzet ötən 25 il ərzində müntəzəm nəşr olunub. Hazırda həftədə üç dəfə (çərşənbə axşamı, cümə axşamı və cümə günləri) işıq üzü görür. Yarandığı gündən indiyə qədər baş redaktoru Mahir Rüstəmlidir.

Gənclər və İdman Nazirliyinin və müxtəlif qurumların sorğularında dəfələrlə “İlin idman qəzeti” sayılıb, reportyorları müxtəlif müsabiqələrdə mükafatçı yerlər tutub. Qəzetin "football-plus.az" ünvanlı saytı da var.

“Report” İnformasiya Agentliyinin kollektivi "Futbol+"də çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır!

Son xəbərlər

Orphus sistemi