Norveç Futbol Federasiyası baş katibi CV ilə axtarır
Futbol
- 07 sentyabr, 2016
- 09:21
Bakı. 7 sentyabr. REPORT.AZ/ Norveç Futbol Federasiyası baş katib axtarışına çıxıb.
"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda vakant olan post üçün CV qəbulu elan olunub.
Federasiya namizədlərə bir sıra tələblər də qoyub. Bunlara operativ və strateji qərarlar vermək, ölkə futbolunun imicini qaldırmaq, qurumun maraqlarını ölkə daxili və xaricində təmin etmək, sponsor və digər vasitələrdən federasiyanın gəlirini artırmaq və s. daxildir.
Baş katib vəzifəsində işləmək istəyənlər ərizə və anketlərini federasiyaya göndərməlidir. Federasiya rəhbərliyi seçimlərdən sonra qərarını açıqlayacaq.
Qeyd edək ki, Norveç millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının C qrupundakı rəqiblərindəndir.
Son xəbərlər
11:51
Laçında traktor minaya düşüb
Hadisə11:51
Azərbaycanda 3 milyon kvadratmetrdən çox tikinti sahəsi investisiyalar üçün hazırlanıb
İnfrastruktur11:46
KPMG: Azərbaycan beynəlxalq biznesin əsas regional platformasına çevrilə bilər
Biznes11:43
Təqaüdçüləri kömək etmək adı ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə11:41
Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Biznes11:38
Fuad Nağıyev: "Azərbaycan təkcə turistlər üçün deyil, investorlar üçün də cəlbedici ölkə olmalıdır"
Turizm11:36
SOCAR istismardan çıxarılmış quyuların konservasiyası üzrə layihə həyata keçirir
Energetika11:28
Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı görülən işlər açıqlanıb
İnfrastruktur11:24