"France Football" ən dahi 10 qapıçının siyahısını dərc edib

"France Football" ən dahi 10 qapıçının siyahısını dərc edib Bakı. 13 fevral. REPORT.AZ/ France Football jurnalı tarixdə ən dahi 10 qapıçının siyahısını dərc edib.
Futbol
147861
13 Fevral , 2019 23:14
France Football ən dahi 10 qapıçının siyahısını dərc edib

Bakı. 13 fevral. REPORT.AZ/ "France Football" jurnalı tarixdə ən dahi 10 qapıçının siyahısını dərc edib.

"Report"un məlumatına görə, birinci yeri SSRİ yığmasının və Moskva "Dinamo"sunun keçmiş qapıçısı Lev Yaşin tutub.

İndiyədək karyerasını davam etdirənlərdən Fransa PSJ-sinin qolkiperi Canluici Buffon və Almaniya "Bavariya"sının "çərçivə" qoruyucusu Manuel Noyer ilk "5-liy"ə düşüb. Hazırda Portuqaliya "Portu"sunda yer alan İker Kasilyas isə 8-cidir.

Ən yaxşı 10 qapıçı:

1. Lev Yaşin ("Dinamo" Moskva, SSRİ)

2. Qordon Benks (İngiltərə)

3. Dino Zoff (İtaliya)

4. Canluici Buffon (PSJ, İtaliya)

5. Manuel Noyer ("Bavariya", Almaniya)

6. Peter Şmeyxel (Danimarka)

7. Zepp Mayer (AFR)

8. İker Kasilyas ("Portu", Portuqaliya)

9. Edvin van der Sar (Hollandiya)

10. Puter Şilton (İngiltərə)

Qeyd edək ki, Lev Yaşin "Qızıl top" qazananlar arasında yeganə qapıçıdır.

Son xəbərlər

Orphus sistemi