"Fiorentina"nın futbolçusunun ürəyinə əməliyyatla defibrilyator qoşulub

"Fiorentina"nın futbolçusunun ürəyinə əməliyyatla defibrilyator qoşulub İtaliyanın "Fiorentina" klubunun 22 yaşlı yarımmüdafiəçisi Edoardo Boveyə əməliyyatla ürək dayanmasının qarşısını alan defibrilyator quraşdırılıb.
Futbol
10 Dekabr , 2024 22:33
Fiorentinanın futbolçusunun ürəyinə əməliyyatla defibrilyator qoşulub

İtaliyanın "Fiorentina" klubunun 22 yaşlı yarımmüdafiəçisi Edoardo Boveyə əməliyyatla ürək dayanmasının qarşısını alan defibrilyator quraşdırılıb.

"Report" xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.

Əməliyyatdan sonra idmançının sağlamlığı üçün təhlükə aradan qaldırılıb. Lakin İtaliya idman təbabəti və kardiologiya normalarına əsasən, defibrillyator quraşdırılmış oyunçular yarış müsabiqələrində iştirak edə bilməzlər.

O, şənbə günü xəstəxananı tərk edərək evə buraxılacaq.

Qeyd edək ki, futbolçu A Seriyasının XIV turunda, "İnter"lə oyunda huşunu itirdikdən sonra reanimasiyaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi