Finalda maraqlı anlar: Baneqa Konte ilə zarafat etdi, Munir toru kəsdi

Finalda maraqlı anlar: Baneqa Konte ilə zarafat etdi, Munir toru kəsdi Dünən UEFA Avropa Liqasındaİspaniya "Sevilya"sı ilə İtaliya "İnter"i arasında keçirilmiş final oyununda maraqlı anlar yaşanıb.
Futbol
22 Avqust , 2020 10:42
Finalda maraqlı anlar: Baneqa Konte ilə zarafat etdi, Munir toru kəsdi

Dünən UEFA Avropa Liqasında  İspaniya "Sevilya"sı ilə İtaliya "İnter"i arasında keçirilmiş final oyununda maraqlı anlar yaşanıb.

"Report"un məlumatına görə, matçın 16-cı dəqiqəsində əndəlusiyalıların yarımmüdafiəçisi Ever Baneqa əli ilə rəqib komandanın baş məşqçisi Antonio Konteninin saçına toxunaraq zarafatla bunun parik olub-olmadığını soruşub.

Məzəli hadisə italiyalı mütəxəssis oyunun baş hakimi Denni Makkelidən 2-ci penaltini tələb edərkən baş verib. Konte isə futbolçuya oyundan sonra onu bayırda gözləyəcəyini bildirib.

Matçdan sonra "Sevilya"nın digər futbolçusu Munir Əl-Haddadi qarşılaşmanın keçirildiyi "Reyn Energi" stadionunun qapı torunun bir hissəsini kəsərək oyundan xatirə kimi özü ilə aparıb.

Qeyd edək ki, finalda "İnter"i 3:2 hesabı ilə məğlub edən "Sevilya" tarixində 6-cı dəfə Avropa Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi