FIFA yeni turnirin yaradılması barədə məsələnin araşdırılması üçün işçi qrupu yaradacaq

FIFA yeni turnirin yaradılması barədə məsələnin araşdırılması üçün işçi qrupu yaradacaq Klublararası dünya çempionatında say artırılacaq
Futbol
26 Oktyabr , 2018 16:49
FIFA yeni turnirin yaradılması barədə məsələnin araşdırılması üçün işçi qrupu yaradacaq

Bakı. 26 oktyabr. REPORT.AZ/ FIFA yeni turnirin yaradılması barədə məsələnin araşdırılması üçün işçi qrupu formalaşdıracaq.

"Report" qurumun saytına istinadən xəbər verir ki, qərar FIFA Şurasının Ruandanın paytaxtı Kiqalidə keçirilmiş iclasında qəbul olunub. 

Qurumun prezidenti Canni İnfantino mayda klublararası dünya çempionatının formatını dəyişməyi təklif edib. 2021-ci ildən FİFA turnirdə islahat aparmaq və onu 4 ildə bir dəfə təşkil etmək, komanda sayını isə 24-ə çatdırmaq niyyətindədir. İnfantinonun sözlərinə görə, layihə 12 il ərzində 25 milyard dollardan çox pul xərcləmək istəyən investorlar qrupu tərəfindən dəstəklənir: "İşçi qrup variantlar üzərində işləməyə başlayıb və yekun təklif FİFA Şurasının 2019-cu il martın 14-də ABŞ-ın Mayami şəhərində keçiriləcək iclasınadək hazırlanacaq. Bunadək konkret nə isə demək çətindir. Artıq iki konfederasiya Millətlər Liqasını keçirir, digərlərində isə belə yarış yoxdur. Ona görə də biz dünyanın qalan hissələrində nələrin edilməsinin gərərkliyini nəzərdən keçirməliyik. Biz istənilən ideya və təklifə açığıq. Belə təkliflər varsa, onları eşitməkdən şad olarıq". 

İnfantino həmçinin dünyanın 8 ən yaxşı komandasının iştirakını nəzərdə tutan və iki ildən bir keçiriləcək dünya liqasını yaratmağı təklif edir. Lakin qurum rəhbərinin təklifi birmənalı şəkildə qarşılanmayıb. Özündə 38 peşəkar liqa, o cümlədən, "böyük beşlik" çempionatlarını birləşdirən World Leagues Forum belə islahatların və xüsusən Şuranın səsverməsi vasitəsilə dərhal qərar qəbuluna qarşı çıxıb. 

Son xəbərlər

Orphus sistemi