FIFA prezidenti "Qarabağ"ı təbrik edib
Futbol
- 21 may, 2025
- 22:01
FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi olan "Qarabağ" klubunu təbrik edib.
"Report" xəbər verir ki, funksioner bununla bağlı AFFA prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.
“Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!
Onların mövsümboyu davamlı səyləri və nəticələri bəhrə verib, bu mühüm titul qazanılıb. Böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.
Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm", - məktubda bildirilib.
Son xəbərlər
13:53
İranın 300-dən çox biznes nümayəndəsi Rusiyada səfərdədir
Region13:51
Cəlilabadda fərdi yaşayış evi tamamilə yanıb
Hadisə13:49
Foto
Hərb Tarixi Muzeyində Bakının azad olunmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Hərbi13:48
Gələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır
Digər ölkələr13:41
Seymur Məmmədov: "Çempionlar Liqasının qrupundakı rəqiblərimizin əksəriyyətini tanıyırıq"
Futbol13:37
Azərbaycan və Özbəkistan arasında ədliyyə sahəsində əlaqələrin inkişafı müzakirə olunub
Xarici siyasət13:34
Foto
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
Sosial müdafiə13:30
Lukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb
Digər ölkələr13:30