FIFA "fair play" və ilin ən yaxşı azarkeşi mükafatlarının qalibini açıqlayıb

FIFA "fair play" və ilin ən yaxşı azarkeşi mükafatlarının qalibini açıqlayıb 2021-ci ilin "fair play" mükafatının qalibi müəyyənləşib.
Futbol
17 Yanvar , 2022 22:39
FIFA fair play və ilin ən yaxşı azarkeşi mükafatlarının qalibini açıqlayıb

2021-ci ilin "fair play" mükafatının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, mükafata AVRO-2020-də Danimarka millisinin futbolçusu Kristian Eriksenin həyatını xilas edən yığmanın tibbi və məşqçilər heyəti layiq görülüb.

Danimarkalı tərəfdarlar isə ilin ən yaxşı azarkeşi mükafatına sahib çıxıblar.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010 - 2013-cü illərdə "Ayaks"ın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi