FIBA Avropa Kuboku: "Gəncə" bu gün Türkiyənin "Esenler Erokspor" klubu ilə üz-üzə gələcək

Futbol
  • 12 noyabr, 2026
  • 09:01
FIBA Avropa Kuboku: Gəncə bu gün Türkiyənin Esenler Erokspor klubu ilə üz-üzə gələcək

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu bu gün keçirəcək.

"Report"un məlumatına görə, C qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi VI turda Türkiyənin "Esenler Erokspor" klubunu qəbul edəcək.

Gəncə İdman Sarayındakı qarşılaşma saat 19:00-da start götürəcək.

Xatırladaq ki, "Gəncə" daha əvvəl Rumıniyanın "Universitatiya" (96:105), Yunanıstan təmsilçisi "Kolossos"a (62:80) və "Esenler Erokspor" klubuna uduzub - 63:92. Komanda evdə Portuqaliyanın "Sportinq" komandasını 69:67 hesabı ilə üstələyib. "Gəncə" "Rilski Sportist" (Bolqarıstan) ilə dueldə texniki məğlubiyyətlə (0:20) üzləşib.

44 filmi