FİFA Ramil Şeydayevin məxsus olduğu "Trabzonspor"a transfer qadağası qoyub

FİFA Ramil Şeydayevin məxsus olduğu "Trabzonspor"a transfer qadağası qoyub Komanda bir transfer pəncərəsi dövründə yeni futbolçu cəlb edə bilməyəcək
Futbol
1819
10 Mart , 2018 03:32
FİFA Ramil Şeydayevin məxsus olduğu Trabzonspora transfer qadağası qoyub

Bakı. 10 mart. REPORT.AZ/ FİFA Türkiyənin "Trabzonspor" klubuna transfer qadağası qoyub.

“Report” xəbər verir ki, komanda bir transfer pəncərəsi müddətində yeni futbolçular qeydiyyata ala bilməyəcək.

Buna "Trabzonspor"un Matuş Beronun transferinə görə Slovakiyanın "Trençin" klubuna pulu vaxtında ödəməməsi səbəbəb olub. Futbolçunun transfer dəyəri 2,5 milyon avro qiymətləndirilir.

Hazırda "Qarabağ"da icarə əsasında çıxış edən Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev müqavilə ilə "Trabzonspor"a məxsusdur.

Son xəbərlər

Orphus sistemi