FİFA DÇ-2018-in seçmə qrup mərhələsinin oyunu ilə bağlı intizam işi açıb

Futbol
  • 18 oktyabr, 2016
  • 12:16
FİFA DÇ-2018-in seçmə qrup mərhələsinin oyunu ilə bağlı intizam işi açıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ FİFA 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində keçirilmiş Kosova - Xorvatiya oyunu ilə bağlı intizam işi açıb.

"Report"un məlumatına görə, intizam işinin açılmasına səbəb hər iki yığmanın azarkeşlərinin hərəkəti olub.

Xorvaityanın 6:0 hesablı qələbəsi ilə yekunlaşan oyunun sonunda azarkeşlər milliyətçi və Serbiyanın əlehinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, Kosovanın ev oyunlarını keçirmək üçün stadionu olmadığından həmin görüş Albaniyanın Şkodra şəhərində keçirilib.

44 filmi