Fernandu Santuş: "Estoniya ağıllı komandadır, oyunu əks-hücumlar üzərində qururdu"

Fernandu Santuş: "Estoniya ağıllı komandadır, oyunu əks-hücumlar üzərində qururdu" Estoniya ağıllı komandadır, oyunu əks-hücumlar üzərinə qururdu.
Futbol
11 Oktyabr , 2024 22:27
Fernandu Santuş: Estoniya ağıllı komandadır, oyunu əks-hücumlar üzərində qururdu

Estoniya ağıllı komandadır, oyunu əks-hücumlar üzərində qururdu.

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Estoniya yığmasına qarşı UEFA Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 1:3 hesablı məğubiyyəti şərh edib:

"Komandamız görüşə çox yaxşı başlamışdı. 35-ci dəqiqəyə qədər kompakt oyun sərgiləyirdik. Rəqib komanda qapımız qarşısında qol şansı əldə edə bilmirdi. Lakin futbol belə bir oyundur. İlk qolu buraxdıqdan sonra komandada ruh düşkünlüyü yarandı. Özümüzü toparlayıb, bərabərlik qolunu vurduq. Təəssüf ki, bərabərliyi qoruyub saxlaya bilmədik. Estoniya ağıllı komandadır, oyunu əks-hücumlar üzərində qururdu. Topu rəqib qapısından keçirə bilmirsənsə, qarşı tərəf bundan faydalanacaq".

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək

Son xəbərlər

Orphus sistemi