"Fənərbağça"nın baş məşqçisindən istefa xəbərinə reaksiya - YENİLƏNİB

"Fənərbağça"nın baş məşqçisindən istefa xəbərinə reaksiya - YENİLƏNİB Türkiyənin Fənərbağça klubunun baş məşqçisi Ersun Yanal yerli mətbuatda istefaya getməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Futbol
24 Fevral , 2020 01:40
Fənərbağçanın baş məşqçisindən istefa xəbərinə reaksiya - YENİLƏNİB

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Ersun Yanal yerli mətbuatda istefaya getməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ersun Yanal məlumatların doğru olmadığını bildirib. 

"İstefam müzakirə mövzusu deyil", - deyə baş məşqçisi xəbərləri təkzib edib. 

Xatırladaq ki, ötən gün "Qalatasaray" klubu 21 il sonra "Fənərbağça"ya səfərdə qalib gəlib. "Sarı-qırmızılar" "Şükrü Saracoğlu" stadionunda keçirilmiş qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıblar.

Bundan sonra Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisinin istefaya getməsi barədə məlumat yayılıb.


***23:28

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Ersun Yanal istefaya gedib.

"Report"un məlumatına görə, bu qərar Superliqanın XXIII turunda "Qalatasaray"a ev məğlubiyyətindən sonra verilib.

Qeyd edək ki, "Qalatasaray" klubu 21 il sonra "Fənərbağça"ya səfərdə qalib gəlib. "Sarı-qırmızılar" "Şükrü Saracoğlu" stadionunda keçirilmiş qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıblar.

Son xəbərlər

Orphus sistemi