"Fənərbağça"da koronavirusa 2-ci yoluxma halı aşkarlandı

Futbol
  • 12 may, 2020
  • 15:11
Fənərbağçada koronavirusa 2-ci yoluxma halı aşkarlandı

Türkiyənin "Fənərbağça" klubunun daha bir əməkdaşı koronavirusa yoluxub.

"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, mayın 11-də komanda üzvlərindən və işçilərdən götürülən analizlər nəticəsində təlim-məşq bazasında çalışanlardan birində virusun simptomları aşkarlanıb.

Adı açıqlanmayan klub əməkdaşı öz evində karantinə alınıb və dərhal müalicəsinə başlanılıb.

Qeyd edək ki, bu, "Fənərbağça"da koronavirusa 2-ci yoluxma faktıdır. Daha əvəl klubun bazasında işləyən başqa bir əməkdaşın testinin nəicəsi müsbət çıxmışdı.