Azərbaycan Gimnastika Federasiyası dünya çempionatı zamanı ağacəkmə aksiyası təşkil edəcək

Azərbaycan Gimnastika Federasiyası dünya çempionatı zamanı ağacəkmə aksiyası təşkil edəcək Azərbaycan Gimnastika Federasiyası Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatı zamanı ağacəkmə aksiyası təşkil edəcək.
Futbol
6 Sentyabr , 2019 16:23
Azərbaycan Gimnastika Federasiyası dünya çempionatı zamanı ağacəkmə aksiyası təşkil edəcək

Azərbaycan Gimnastika Federasiyası Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatı zamanı ağacəkmə aksiyası təşkil edəcək.

"Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, aksiya yarışlar başlamazdan 1 gün öncə - 15 sentyabr saat 16:00-da Milli Gimnastika Arenasının parkında keçiriləcək.

Tədbir çempionatın bədii gimnastika üzrə səfiri, 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarının gümüş medalçısı Yana Batırşina və yarışların tanınmış ulduz gimnastlarının iştirakı ilə baş tutacaq.

Ağacəkmə aksiyasına qatılacaq gimnastlar təmsil etdikləri ölkə adından ağac əkməklə, çempionat zamanı bütün dünyaya sülh və ətraf mühitin mühafizəsi mesajını verərək ictimaiyyətin diqqətini cəlb edəcəklər.

Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də insanların, xüsusilə gənc nəslin ekoloji problemlərə daha həssas yanaşmasına və bununla bağlı birgə fəaliyyətə səsləməkdən ibarətdir.

Qeyd edək ki, dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi