Azərbaycana yenidən gəldiyim üçün sevindim və çox xoşuma gəldi.
Bunu "Report"a açıqlamasında "Şerif"in (Moldova) futbolçusu Əyyub Allaş deyib.
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Zirə" ilə qarşılaşan Tiraspol təmsilçisinin yarımmüdafiəçisi növbəti mərhələyə yüksəldikləri üçün sevincli olduğunu bildirib:
"Zirə"ni məğlub etmək və mərhələni adlamaq istəyirdik. Bunu bacardığımız üçün komanda olaraq sevinirik. Azərbaycan Premyer Liqasında çıxış edərkən "Zirə"yə qarşı daha əvvəl 6 dəfə oyun keçirmişdim. Hər zaman olduğu kimi "Zirə" öz formasında idi. Avropada oynamaq gözəldir. Azərbaycana yenidən səfər etdiyim üçün sevindim və çox xoşuma gəldi. Həqiqətən insanlarınız və ölkəniz gözəldir".
Ötən mövsümü "Qəbələ"nin heyətində keçirən 26 yaşlı oyunçu karyerasını Azərbaycanda davam etdirməməsinin səbəbini açıqlayıb: "Azərbaycan klublarından rəsmi təklif almadım. Ona görə seçimim başqa komandadan yana oldu. Təklif gəlsəydi, bəlkə düşünərdim".
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsində "Zirə" penaltilər seriyasında "Şerif"ə məğlub olub - 1:2 (pen, 4:5).