Estoniyada futbolçu 13-cü saniyədə əvəzləndi

Estoniyada futbolçu 13-cü saniyədə əvəzləndi "Nomme Kalyu"nun futbolçusu Lauri Suup Estoniya Yüksək Liqasında "Levadiya" ilə XXI tur qarşılaşmasının 13-cü saniyəsində əvəzlənib.
Futbol
23 Sentyabr , 2020 00:04
Estoniyada futbolçu 13-cü saniyədə əvəzləndi
0 : 00
0 : 00

"Nomme Kalyu"nun futbolçusu Lauri Suup Estoniya Yüksək Liqasında "Levadiya" ilə XXI tur qarşılaşmasının 13-cü saniyəsində əvəzlənib. 

"Report"un məlumatına görə, belə erkən əvəzləmə ölkə çempionatının əsasnaməsi ilə əlaqədar olub. Həmin sənədə əsasən, hər bir klub start heyətində ən azı 2 yetirməsini meydana buraxmalıdır. 16 yaşlı Suup onlardan biri olub. Onun yerinə 22 yaşlı Vladislav Xomutov çıxıb. Bu, 1:2 hesabı ilə uduzan "Nomme "Kalyu"nun heyətində yeganə oyunçu dəyişikliyi olub.  

Qeyd edək ki, "Levadiya" 21 oyundan 41 xalla 3-cü yerdə qərarlaşıb. "Nomme Kalyu" isə 19 görüşdən 38 xalla 4-cüdür. Ön pillələrdə hərəyə 20 oyun keçirmiş komandalardan 55 xalla "Flora" və 42 xalla "Payde" qərarlaşıb. Azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Narva" isə 21 oyundan 20 xalla 7-cidir.  

Son xəbərlər

Orphus sistemi