Emre Belözoğlu: "Mahir Emrelinin transferi ilə vitse-prezident məşğul olur"

Emre Belözoğlu: "Mahir Emrelinin transferi ilə vitse-prezident məşğul olur" "Mahir Emreli maraqlandığımız futbolçudur".
Futbol
30 Yanvar , 2022 09:36
Emre Belözoğlu: Mahir Emrelinin transferi ilə vitse-prezident məşğul olur

"Mahir Emreli maraqlandığımız futbolçudur".

"Report" xəbər verir ki, bunu Türkiyənin "Başakşehir" komandasının baş məşqçisi Emre Belözoğlu "Anadolu" agentliyinə müsahibəsində deyib.

42 yaşlı mütəxəssis 24 yaşlı hücumçunun xoşagəlməz hadisə səbəbindən Polşa "Legiya"sından ayrılmaq istədiyini xatırladıb. Belözoğlu Emrelinin transferi ilə bağlı İstanbul təmsilçisinin vitse-prezidenti Mustafa Eröğütün məşğul olduğunu söyləyib.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Son xəbərlər

Orphus sistemi