Emin Kürdov: "Yunanlarla görüşə maksimum dərəcədə yaxşı hazırlaşacağıq"

Futbol
  • 05 oktyabr, 2022
  • 10:12
Emin Kürdov: Yunanlarla görüşə maksimum dərəcədə yaxşı hazırlaşacağıq
Emin Kürdov

"Yunanlarla görüşə də maksimum dərəcədə yaxşı hazırlaşacağıq".

Bunu "Report"a müsahibəsində futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcəkləri dünya çempionatının əsas seçmə oyunu ilə bağlı danışarkən deyib.

38 yaşlı qolkiper bu komanda ilə daha əvvəl də qarşılaşdıqlarını bildirib: "Sonuncu dəfə Avropa çempionatının seçmə mərhələsində səfərdə 3:0, evdə isə 4:0 hesablı qələbə qazandıq. Amma burada zəif rəqib yoxdur. Hər oyuna ciddi hazırlaşmaq lazımdır. Kiməsə oynamaq imkanı versən, bundan maksimum yararlanacaq. Əsas birinci oktyabrın 7-də Polşa ilə qarşılaşmadır. Evdə Polşaya qalib gəlib, Afinaya yaxşı əhval-ruhiyyə ilə yollanmaq istəyərik".

Emin Kürdovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.