Emil Balayev yenidən Azərbaycan millisinə dəvət alıb

Emil Balayev yenidən Azərbaycan millisinə dəvət alıb Qazaxıstanın "Turan" komandasında çıxış edən Emil Balayev yenidən Azərbaycan millisinə dəvət alıb.
Futbol
20 May , 2022 19:22
Emil Balayev yenidən Azərbaycan millisinə dəvət alıb

Qazaxıstanın "Turan" komandasında çıxış edən Emil Balayev yenidən Azərbaycan millisinə dəvət alıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Canni De Byazi 28 yaşlı qapıçını Qazaxıstan, Belarus və Slovakiya ilə UEFA Millətlər Liqasının oyunlarına çağırıb.

Təcrübəli qolkiper bu ilin martında Malta və Latviya seçmələrinə qarşı keçirilmiş yoldaşlıq matçları üçün heyətə cəlb olunmamışdı.

Qeyd edək ki, martın 4-də "Turan" klubu ilə müqavilə bağlayan Emil Balayev Türkestan təmsilçisində cəmi 1 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi