Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubunda oyunun ən yaxşısı seçilib

Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubunda oyunun ən yaxşısı seçilib Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanın Tobol komandasında oyunun ən yaxşısı seçilib.
Futbol
1 Aprel , 2019 12:21
Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubunda oyunun ən yaxşısı seçilib

Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanın "Tobol" komandasında oyunun ən yaxşısı seçilib. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "InStat" şirkətinin təhlili əsasında 25 yaşlı qolkiper Premyer Liqanın III turunda səfərdə "Şaxtyor"(Karaqanda) ilə görüşdə sərgilədiyi oyuna görə 286 xalla komanda yoldaşlarını qabaqlayıb. 

Balayev sözügedən qarşılaşmada 100 faizlik nəticə göstərib. "Şaxtyor"la matçda 90 dəqiqə meydanda olan qolkiperin qapısına vurulan altı zərbədən ikisi çərçivəyə tuş gəlib və oyunçu qapısını toxunulmaz saxlayıb. 

İkinci sırada 271 xalla Fernander Kassay, üçüncü yerdə isə 264 xalla Aleksandr Kleşenko qərarlaşıb. 

Qeyd edək ki, görüş "Tobol"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda 3 turda 9 xal qazanmaqla turnir cədvəlində 1-3-cü yerləri bölüşdürür. 

Son xəbərlər

Orphus sistemi