Elvin Yunuszadə: "Neftçi" və "Şkupi"nin şansları eynidir"

Elvin Yunuszadə: "Neftçi" və "Şkupi"nin şansları eynidir" "Həriki komandanınşansları bərabərdir.Kim bu gün daha yaxşı mübarizə aparacaqsa, həmin tərəf qalib gələcək".
Futbol
27 Avqust , 2020 15:11
Elvin Yunuszadə: Neftçi və Şkupinin şansları eynidir
Elvin Yunuszadə

"Hər iki komandanın şansları bərabərdir. Kim bu gün daha yaxşı mübarizə aparacaqsa, həmin tərəf qalib gələcək".

Bu fikirləri "Report"a açıqlamasında Şimali Makedoniyanın "Şkupi" komandasının futbolçusu Elvin Yunuszadə Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaqları matç barədə danışarkən deyib. 

28 yaşlı müdafiəçi "Neftçi"yə qarşı oynamağın maraqlı və fərqli hiss olduğunu bildirib. Yunuszadə deyib ki, Azərbaycan təmsilçisini məğlub etsələr, qələbəni xüsusi qeyd etməyəcək: "Hər matçda qələbə qazanmaq xoşdur, amma qələbəni qeyri-adi şəkildə qeyd etməyəcəyəm".

O, digər Şimali Makedoniya komandası "Şkendiya"nın "Sumqayıt"la matçdakı şanslarından da söz açıb: "Düşünürəm ki, "Sumqayıt" üçün daha çətin olacaq. "Şkendiya"nın oyununu izləmişəm, çox yaxşı komandadır".  

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq. Elvin Yunuszadə "Neftçi"nin yetirməsidir. Müdafiəçi 2010 - 2015-ci illərdə klubun əsas komandasında çıxış edib.

Son xəbərlər

Orphus sistemi