Elmar Məmmədyarov "Neftçi"nin Rusiyadakı turnirə qatılmasına münasibət bildirib

Elmar Məmmədyarov "Neftçi"nin Rusiyadakı turnirə qatılmasına münasibət bildirib u, "Neftçi" üçün də əlavə təcrübədir, çünki onlar avrokuboklara hazırlaşırlar". 
Futbol
16 iyun 2023 11:06
Elmar Məmmədyarov Neftçinin Rusiyadakı turnirə qatılmasına münasibət bildirib

AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov "Neftçi" klubunun Rusiyadakı “Matç TV” turnirinə qatılmasına münasibət bildirib.

Sabiq xarici işlər naziri "Report"a açıqlamasında bu yarışın "ağ-qaralar" üçün yaxşı praktika olacağını söyləyib.

O, "Neftçi"nin Rusiyada oynamasının yaxşı hal olduğunu bildirib: "Ora, normal və qonşu ölkədir. Söhbət futboldan gedir. Çünki orada "Zenit" və Serbiyanın məşhur "Srvena Zvezda" klubu da çıxış edəcək. Bu, "Neftçi" üçün də əlavə təcrübədir, çünki onlar avrokuboklara hazırlaşırlar".

Qeyd edək ki, 1-15 iyulda gerçəkləşəcək turnirdə Türkiyənin "Fənərbağça" komandası da mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi