Elmar Baxşıyev Premyer Liqada baş məşqçi kimi 100-cü oyununu keçirib

Elmar Baxşıyev Premyer Liqada baş məşqçi kimi 100-cü oyununu keçirib mütəxəssis “qırmızı-qaralar”ı 100-cü çempionat matçına çıxarıb
Futbol
18 Mart , 2023 17:11
Elmar Baxşıyev Premyer Liqada baş məşqçi kimi 100-cü oyununu keçirib

Azərbaycan Premyer Liqasının XXVII turu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev üçün əlamətdar olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis “qırmızı-qaralar”ı 100-cü çempionat matçına çıxarıb.

Bu, “Şamaxı”ya 2:0 hesabı ilə qalib gəldikləri görüşə təsadüf edib. Komanda Baxşıyevin rəhbərliyi altında Premyer Liqada 31 dəfə qalib gəlib. “Qəbələ” bu müddətdə 33 heç-heçə edib və 36 dəfə uduzub.

O, çempionatda 100 və daha çox oyunda “qırmızı-qaralar”a rəhbərlik edən üçüncü mütəxəssisdir. Bu vaxtadək Ramiz Məmmədovla Roman Qriqorçuk da “100”ü arxada qoyub.

Qeyd edək ki, baş məşqçinin debütü 2019-cu il sentyabrın 14-də gerçəkləşib. Həmin gün “Qəbələ” səfərdə “Sabah”a qalib gəlib – 1:0.

Son xəbərlər

Orphus sistemi