Əliyar Ağayev Yunanıstan klubunun oyununa təyinat aldı

Əliyar Ağayev Yunanıstan klubunun oyununa təyinat aldı Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.
Futbol
24 Noyabr , 2020 13:52
Əliyar Ağayev Yunanıstan klubunun oyununa təyinat aldı
Əliyar Ağayev

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

"Report"un məlumatına görə, o, Avropa Liqasının qrup mərhələsinin IV turunda Yunanıstanın AEK və Ukraynanın "Zarya" komandalarının matçında iş başında olacaq.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, AEK - "Zarya" matçı noyabrın 26-da Afinada gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi