Azərbaycanlı FIFA referisi Əliyar Ağayev indiyədək idarə etdiyi ən çətin oyunu açıqlayıb.
Bu barədə hakim özü “Report”a müsahibəsində deyib.
O, ən çətin sınağının UEFA Avropa Liqasının “Sürix” - “Bayer 04” matçı olduğunu bildirib:
"Bəzən ideal komandaların oyununun çətin olduğunu düşünürlər. Lakin bir çox hallarda turnir cədvəlinin sonunda qərarlaşan komandaların oyununun daha çətin olduğunu görürük. Elitanı kimsə tərk edəcəksə, o komandanın matçını idarə etmək çətin olur. Avropada mənim üçün indiyədək ən çətin görüş “Sürix” (İsveçrə) - “Bayer 04” (Almaniya) matçı olub. Təkcə mən deyil, bütün briqada üçün belə alınıb. O vaxt “altılıq” sistemi var idi, qapının arxasında duran hakimlər də olurdu. Həmin oyunda hər köməkçi hakimin üzərinə müəyyən yük düşmüşdü".
Qeyd edək ki, sözügedən qarşılaşma 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdı.
Əliyar Ağayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.