Səudiyyə peşəkar liqasının 28-ci turunda “Əl-Nəsr” öz meydanında “Əl-Şəbab”ı qəbul edib.
“Report” xəbər verir ki, oyun ev sahiblərinin 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb.
Matçın 24-cü dəqiqəsində Kristian Quanka penaltini dəqiq yerinə yetirərək “Əl-Şəbab”ı hesabda irəli çıxarıb. 40-cı dəqiqədə Quanka dubl edərək fərqi böyütsə də, birinci yarının sonunda meydan sahibləri qollardan birinin əvəzini çıxa biliblər. 51-ci dəqiqədə Əbdülrəhman Qərib hesabı bərabərləşdirib. 7 dəqiqə sonra isə komandanın lideri Kriştianu Ronaldu “Əl-Nəsr”in üçüncü qoluna imza atıb və oyunda yekun hesabı müəyyənləşdirib – 3:2.
Qeyd edək ki, “Əl-Nəsr” bu mövsüm Səudiyyə liqasında 28 oyundan 63 xalla ikincidir. “Əl-Şəbab” isə 53 xalla üçüncü yerdədir. “Əl-İttihad” 66 xalla liderdir.