Dünyada XXI əsrin bombardirləri açıqlanıb

Dünyada XXI əsrin bombardirləri açıqlanıb Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə milli çempionatlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
Futbol
20 Yanvar , 2023 09:11
Dünyada XXI əsrin bombardirləri açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə milli çempionatlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

“Report” qurumun saytına istinadən xəbər verir ki, bombardirlərin siyahısına portuqaliyalı Kriştianu Ronaldu başçılıq edir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayan 38 yaşlı hücumçu XXI əsrdə ölkə çempionatlarında ümumilikdə 498 dəfə fərqlənib.

Onu argentinalı Lionel Messi izləyir. Fransanın PSJ klubunun üzvü həmkarından 11 top geri qalır.

İlk “10-luq” belədir:

Futbolçu

Ölkəsi

Qollar

1

Kriştianu Ronaldu

Portuqaliya

498

2

Lionel Messi

Argentina

487

3

Zlatan İbrahimoviç

İsveç

392

4

Luis Suares

Uruqvay

364

5

Robert Levandovski

Polşa

357

6

Nikolas Munyoz

Panama

328

7

Aleksandar Dyuriç

Sinqapur

304

8

Joze Alfredo Kastilyo

Boliviya

289

9

Ali Aşfaq

Maldiv adaları

288

10

Martin Kamburov

Bolqarıstan

287

Son xəbərlər

Orphus sistemi