Dünya çempionu Fransa klubundan təzminat tələb edir
Futbol
- 28 dekabr, 2023
- 08:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Lion"un sabiq baş məşqçisi Fabio Qrosso Fransa klubundan təzminat tələb edir.
"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis komandadan qovulduğu üçün imicinə və nüfuzuna xələl gətirildiyini düşünür.
İtaliyalı baş məşqçi Liqa 1 təmsilçisindən 1,5-2 milyon avro istəyir. O, güzəştə getmək fikrində deyil.
Qeyd edək ki, sentyabrın 16-da "Lion"un "sükanı arxasına" keçən Qrossonun müqaviləsi noyabrın 30-da ləğv edilib. Onun sözləşmə müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulmuşdu.
Xatırladaq ki, 2007-2009-cu illərdə bu klubun formasını geyinmiş sabiq müdafiəçi 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionatının qalibi olub.
Son xəbərlər
18:24
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
Xarici siyasət
18:21
Qazaxıstanın IMF-ə yeni töhfəsi Azərbaycana da təsir edəcək
Maliyyə
18:15
Foto
Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
Xarici siyasət
18:10
Foto
Video
"Şahinlərin Görüşü-2026": Təyyarə və helikopterlərin uçuşları həyata keçirilib
Hərbi
18:02
Foto
Emoməli Rəhmon Azərbaycanda səfərdədir
Xarici siyasət
17:44
Foto
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Xarici siyasət
17:39
Luis Suares "Sportinq"in UEFA Çempionlar Liqasındakı rekordçusu olub
Futbol
17:36
Nazir müavini: "Laosun Orta Dəhlizə qoşulmasını təmin etməliyik"
İnfrastruktur
17:34
"Bank VTB Azərbaycan"ın xalis mənfəəti 27 %-ə yaxın azalıb
Maliyyə