Dünya çempionu dopinqə görə cəzalandırıldı

Dünya çempionu dopinqə görə cəzalandırıldı Ağırlıqqaldırma üzrə sabiq dünya çempionu Svetlana Şimkova antidopinq qaydalarını pozmaqda şübhəli bilindiyi üçün cəzalandırılıb.
Futbol
720
16 Oktyabr , 2020 19:04
Dünya çempionu dopinqə görə cəzalandırıldı
Svetlana Şimkova

Ağırlıqqaldırma üzrə sabiq dünya çempionu Svetlana Şimkova antidopinq qaydalarını pozmaqda şübhəli bilindiyi üçün cəzalandırılıb.

"Report" Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı idmançının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Qərar Moskva Antidopinq Laboratoriyasının məlumatlarının yoxlanılmasına əsasən verilib. Şimkovanın cəzası oktyabrın 16-da qüvvəyə minib. IWF istintaqa qədər vəziyyətlə bağlı açıqlama verməyəcək.

Qeyd edək ki, Svetlana Şimkova 2010-cu ildə 69 kq çəki dərəcəsində dünya çempionu olub. İdmançı iki dəfə Avropa çempionu adını qazanıb.

Son xəbərlər

Orphus sistemi