Dünya çempionatının iştirakçısı olmuş futbolçu vəfat edib

Dünya çempionatının iştirakçısı olmuş futbolçu vəfat edib Kamerun millisinin heyətində futbol üzrə 2010 və 2014-ci il dünya çempionatlarının iştirakçısı olmuş Landri Nqemo yol qəzasında dünyasını dəyişib.
Futbol
28 İyun , 2024 17:30
Dünya çempionatının iştirakçısı olmuş futbolçu vəfat edib

Kamerun millisinin heyətində 2010 və 2014-ci illərdə keçirilən dünya çempionatlarının iştirakçısı olmuş Landri Nqemo yol qəzasında dünyasını dəyişib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi öz avtomobilində yük maşını ilə toqquşaraq həlak olub.

O, futbolçu karyerası ərzində Fransanın "Nansi", "Bordo", "Sent-Etyen", Türkiyənin "Akhisar" və "Kayserispor" klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi