"Qarabağ"ın legionerinin pasportu gəldi, "Legiya"ya qarşı oynaya bilər
Futbol
- 30 sentyabr, 2020
- 09:09
"Qarabağ"ın futbolçusu Donald Gerye UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sına qarşı oynaya bilər.
Bu barədə "Report"a haitili yarımmüdafiəçinin özü məlumat verib.
31 yaşlı oyunçu bildirib ki, artıq pasport məsələsi həllini tapıb: "Bu gün lazım sənədi göndərdilər. Haiti prezidenti bu işdə mənə yaxından kömək etdi. Varşavaya getmək istəyirəm. Hazırda bu istiqamətdə işlər gedir. Klubdan cavab gözləyirəm. Amma hələ heç nə bilinmir".
Polşa mətbuatı isə yazıb ki, Gerye Bakıdan İstanbula, oradan isə Varşavaya uçacaq. Onun bu gün axşam və ya sabah səhər saatlarında Polşada olacağı bildirilib.
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Son xəbərlər
09:56
Foto
"İvanovka Aqropark"a qeydiyyat şəhadətnaməsi təqdim edilib
ASK09:50
Kuş Çoksi: "ABŞ şirkətləri Azərbaycanda keçirilən tenderlərə maraq göstərir"
Biznes09:40
ADY: Qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görülür
İnfrastruktur09:36
Robert Levandovski ABŞ təmsilçisindən rəsmi təklif alıb
Futbol09:34
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika09:28
ABŞ Ticarət Palatası Azərbaycana illik biznes missiya təşkil etmək istəyir
Biznes09:23
Foto
Vüqar Mustafayev Ər-Riyaddakı hərbi sərgidə görüşlər keçirib
Hərbi09:23
Qış Olimpiya Oyunları: Azərbaycan idmançısı mübarizəyə başlayır
Fərdi09:21