Deputatlar və icra başçısı kənddə futbol izlədi

Deputatlar və icra başçısı kənddə futbol izlədi AFFA-nın və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun kəndlərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
Futbol
906
10 Sentyabr , 2020 17:21
Deputatlar və icra başçısı kənddə futbol izlədi

AFFA-nın və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun kəndlərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

"Report" assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu layihə Prezident İlham Əliyevin 2019-cu il dekabrın 29-da Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. 

Layihə çərçivəsində rayonun Hacıhətəmli və Mollaisaqlı kəndlərində 50 məktəbli uşağa futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, onun deputat həmkarı Novruzəli Aslanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və digər rəsmi şəxslər iştirak edib.

Son xəbərlər

Orphus sistemi